ETİBAR Babaşlı ELNUR Osmanovu niyə “sudan quru” çıxarmağa çalışır? - “ATABank”DA NƏ BAŞ VERİR

“Etibar Babaşlı Elnur Osmanovu niyə “sudan quru” çıxarmağa çalışır? - “AtaBank”DA NƏ BAŞ VERİR

“AtaBank” ASC İdarə heyyətinin üzvü şərikininin maxinasiyalarını gizlətməkdən ötrü dəridən qabıqdan çıxır.

 Elnur Osmanovun bir çox sahibkarlara aşağı fazilə yüksək məbləğdə kreditlər təşkil etməsi və onlardan “şapka” almasıda gəzən söz söhbətlər arasındadır.
 AzFakt.com “AtaBank” ASC İdarə Heyəətinin üzvü Elnur Osmanovun müəmmalı istefası məsələsi ilə bağlı bir neçə dəfə oxuculara məlumat verib. Həmin məlumatlarda qeyd etmişdik ki, bankdan saytımıza bilgi verən mənbəmizin iddisına görə Elnur Osmanov “AtaBank” ASC İdarə Heyyətinin üzvlüyündən heçdə könüllü istefa verməyib.  Bildirək ki,  “AtaBank” ASC-dən mətbuata və saytımıza verilən məlumatlarda qeyd edildirdi ki, İdarə heyyətinin üzvü Elnur Osmanov 11 fevral tarixində öz ərizəsi ilə bank rəhbərliyi vəzifəsindən istefa verib.
 
Lakin saytımızı bilgilənidrən mənbə Elnur Osmanovun məcburi istefaya getdiyini və istefanın əsas səbəbinin İdarə Heyyətinin keçmiş üzvünün məhkəmə orqanına saxta arayış təqdim etməsi ilə əlaqələndirib.  Belə ki, Elnur Osmanov ailə vəziyyəti ilə əlaqədar boşanma tələbi ilə məhkəməyə müraciət edib və həmin ərəfədə məhkəmənin tələbi ilə istənilən əmək haqqı arayışında saxtakarlığıa yol verib.  Elnur Osmanovun məhkəməyə təqdim etdiyi saxta arayışı isə həmin vaxt bankın İdarə Heyyətinin sədri işləyən Etibar Babaşlı tərəfindən verildiyi deyilir. Mənbəmiz məhkəməyə təqdim  edilən saxta arayışdan bankın İdarə Heyyəti üzvüləri ilə Etibar Babaşlı və Elnur Osmanov  başqa heç kəsin bilmədiyinidə qeyd etmişdi. 
 
AzFakt.com-a bankdakı məlumatlı şəxsin verdiyi yeni məlumatda isə deyilir ki, bankın İdarə Heyyətinin iclasında Elnur Osmanovdan tələb olunub ki, saxtakarlaqla əldə etiyi vəsiatləri qaytarsın.  
 
Belə ki, Elnur Osmanov İdarə Heyyətinin üzvü olduğu müddətdə “AtaBank” ASC-dəki vəzifəsindən sui istifadə edərək külli miqdarada qazanclar əldə edib. Həmin qazanclarda isə Elnur Osmanovun əsas şəriki bankın İdarə Heyyətinin sədri vəzifəsini tutan Etibar Babaşlı olub. Bankdakı mənbəmiz iddia edir ki, “AtaBank” ASC-nin tanınması üçün həyata keçirilən bir çox layihələrdə iştirak edən şirkətlər Elnur Osmanovla Etibar Babaşlıya məxsus olub. Hər iki şərik bu şirkətlər vasitəsi ilə bandkdan xeyli qazanc əldə ediblər.
 
Bundan başqa Elnur Osmanov Etibar Babaşlının dəstəyi ilə yaxın  adamlarının adına bankdan aşağı faizlə yüksək məbləğdə kreditlər götürərək biznes qurduğu iddia olunur. Həmin biznesdə isə onun şəriki yenədə Etibar Babaşlı olub. Bu biznesin Göyçay rayonunda yüz hektarlarla ərazidə əkinçilik, Türkiyədə turizm, Bakı şəhərində isə çap işləri olduğu deyilir. Bundan başqa Elnur Osmanovun bir çox sahibkarlara aşağı fazilə yüksək məbləğdə kreditlər təşkil etməsi və onlardan “şapka” almasıda gəzən söz söhbətlər arasındadır. 
 
Bankdakı mənbəmiz iddia edir ki, İdarə Heyətinin iclasında bu məsələlər müzakirə  edilib və Elnur Osmanovun bu əməlləri barədə korrupsiyaya qarşı mübarizə idarəsinə şikayət edilməsi iddialarıda səsləndirilib. Ancaq Elnur Osmanovun şəriki Etibar Babaşlı məsələyə soyuqanlı yanaşıb və problemin səsiz həll edilməsi təklifini irəli sürüb. 
 
Mənbəmiz bildirir ki, Etibar Babaşlı Elnur Osmanovun məsuliyyətə cəlb olunacağı təqdirdə işin bir ucunun ona gəlib çıxacağından çox narahatdır. Çünki Elnur Osmanov bankdakı maliyyə maxinasiyaları ilə bağlı danışacağı halda ilk növbədə Etibar Babaşlı ilişəcək. 
 
Aldığımız son məlumata görə Etibar Babaşlı Elnur Osmanovla bank rəhbərliyi arasındakı problemləri həll edib. Həmin anlaşmaya görə bank rəhbərliyi keçmiş İdarə Heyyətinin üzvünün maxinasiyalarını üzə çıxartmayacaq və onu rahat buraxacaqlar. Bu anlaşma əslində Etibar Babaşlının birbaşa maraqları daxilində olduğunu deyən mənbəmiz həmçinin onuda qeyd etdi ki, Elnur Osmanov  adına olan şirkətləri, evləri, avtomobilləri qardaşınının adına keçirir. 
 
Mənbə bunun məhkəmə ilə əlaqəli olduğunu iddia etdi. Bildirək ki, Elnur Osmanovun və həyata yoldaşının adına olan şirkətlərlə bağlı saytımız Vergilər nazirliyinə və digər aidiyyatı qurumlara sorğu göndərib. Məsələ ilə bağlı araşdırmamız davam edir.
 






Fikirlər