''Qələbəm xalqımıza BAYRAM hədiyyəsi olacaq' '- kikboksçumuz

''Qələbəm xalqımıza bayram hədiyyəsi olacaq''- kikboksçumuz

Azərbaycanlı kikboksçu Xəyal Əhmədov bu gün- mayın 28-də Hollandiyanın Eindhoven şəhərində keçiriləcək “K-1” versiyası üzrə beynəlxalq turnirdə iştirak edəcək.

 
Musavat.com-un məlumatına görə, on beşə yaxın ölkədən idmançıların iştirak edəcəyin beynəlxalq turnirin təşkilatçısı“A1 World Combat Cup”dır. İdmançımız polyak əsilli  kikboksçu ilə döyüşə çıxacaq.
İdmançımız çətin döyüşdə qalib gələcəyini və bu qələbəsini bayram hədiyyəsi kimi xalqa təqdim edəcəyini deyir: “Bilirsiniz ki, bu gün ölkəmizdə 28 May Respublika günü kimi qeyd edilir. Mənim üçün məsuliyyətli və çətin gündür. İnşallah qələbə qazanıb xalqımızı sevindirərəm”.
Qeyd edək ki, X.Əhmədov Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının üzvü, peşəkar kikboksçudur.






Fikirlər