POLİS “Fənərbaxça”nın keçmiş futbolçusunu öldürüb!

atkinson

Türkiyənin “Fənərbaxça” klubunun keçmiş oyunçusu Dalian Atkinson ingilis polisi tərəfindən şok tapançasıyla öldürülüb.

“AzPolitika.info”nun məlumatına görə, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Hadisə Telford şəhərində ötən gecə saat 3 radələrində baş verib. Keçmiş futbolçu xəstəxanaya aparılarkən infakt da keçirdiyindən həyatını xilas etmək mümkün olmayıb.

48 yaşındakı keçmiş futbolçu “Aston Villa” formasıyla 114 qarşılaşmada 38 qol vurmuşdu. Bir dönəm “Fənərbaxça”da forma geyən Atkinson, “Galatasaray”a qarşı 30 dəqiqədə nail olduğu het-triklə xatırlanır.

 

 

 






Fikirlər