Hakimi vuran azarkeşin dayısı: "Ədalətin olmadığı yerdə anarxiya başlayar"

Hakimi vuran azarkeşin dayısı:

Türkiyə Super Liqasının "Fənərbaxça" - "Trabzonspor" matçında hakim Volkan Bayarslanı vuran 17 yaşlı azarkeşin dayısı Yılmaz Taşkın maraqlı açıqlamalar verib.

Qaynarinfo.az xəbər verir ki, o bildirib ki, Trabzon Polis Bölməsinə getsə də, bacısı oğlunu görməyə onu buraxmayıblar.

Taşkın hakimlərin "Fənərbaxça"nı irəli çəkdiklərini bildirib: "Mən o görüntülərə məyus şəkildə baxmadım. Ədalətin olmadığı yerdə anarxiya başlayar. Sən mənim oyunçularımı meydanda qətl edərsənsə, 4 dənə qırmızı vərəqə göstərərsənsə, bütün dünya hakimləri tənqid etdiyi halda sən hakim üçün heç bir şey etməzsənsə, olacağı budur. 17 yaşındakı uşağı dayandıra bilməzsən. Hamının bir sevgisi var. Sən "Fənərbaxça"nı, "Beşiktaş"ı sevə bilərsən, mən də "Trabzonspor"u sevirəm, sən Aişəni, Zeynəbi sevə bilərsən, mən də Əminəni sevirəm. Bizim burda fabrikimiz yoxdur, sadəcə "Trabzonspor"umuz var.

2011-ci ildən bəri belə şeylərə görə oyunlara getmirəm. Çünki bilirəm ki, bacım oğlu etdiyi hərəkəti mən də edə bilərəm. "Fənərbaxça" "Yuventus"dan böyükmü klubdur? O komandanı I dəstəyə göndərdilər, "Marsel"in çempionluq kuboku əlindən alındı, amma "Fənər"ə bir şey edə bilmirlər. Birdəfəlik deyin ki, "Trabzonspor"u türk komandası kimi görmürlər. Mənim axşam yerli azarkeşlərdən incidiyim yeganə şey qapıçımız Onur Kıvrakın təhqir olunmasıdır".






Fikirlər