Ronaldo “İlin ən yaxşı futbolçusu” seçildi - PORTUQALİYADA

Ronaldo “İlin ən yaxşı futbolçusu” seçildi - Portuqaliyada

“Real”ın və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo “İlin ən yaxşı futbolçusu-2016” mükafatına layiq görülüb.

AzerTaym.az xəbər verir ki, K.Ronaldo 4-cü dəfə “Qızıl top” mükafatını qazanıb, həmçinin 27 xəbər agentliyinin nümayəndələri arasında aparılan sorğunun nəticələrinə görə Avropanın ən yaxşı idmançısı seçilib. Ötən il K.Ronaldo Madrid “Real”ı ilə İspaniya, Portuqaliya yığması ilə isə Avropa çempionatının qalibi olub.

Portuqaliya millisinin baş məşqçisi Fernando Santuş “İlin ən yaxşı məşqçisi” mükafatı ilə təltif olunub. Qaliblərin mükafatlandırılma mərasimi Eştoril şəhərində keçirilib.






Fikirlər