Ronaldo 100 milyon adamı facebooka yığdı

Ronaldo 100 milyon adamı facebooka yığdıMadridin "Real" klubunun və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo dünyada facebook sosial şəbəkəsindəki rəsmi səhifəsinin 100 milyondan artıq abunəçi topladığı ilk idmançı olub. Bu barədə qazeta.ru məlumat yayıb.

İdmançı videomüraciətində deyib: "Hamıya təşəkkür! Nəhayət ki, facebookda 100 milyon dostum var. Bu rəqəmə görə fəxr edirəm və şadam”.

Portuqaliyalı bu sosial şəbəkədə öz populyarlığına görə Argentina yığmasının hücumçusu Lionel Messini (75 milyon)ingilis forvard Ueyn Runini (25 milyon) xeyli qabaqlayıb.

Habelə 29 yaşlı futbolçu “Real” və “Barselona”nı da qabaqlayır. Belə ki, onlardan hər birinin müvafiq olaraq 75 milyon və 76 milyon abunəçisi var ("Trend").






Fikirlər