3 boksçumuz rinqə ÇIXIR

IV İslam Həmrəyliyi Oyunlarında boks yarışlarının ikinci günüdür.

Bu gün üç boksçumuz rinqə çıxacaq. 52 kq çəki dərəcəsində çıxış edən Məsud Yusifzadənin ilk rəqibi türkiyəli Ömər Koç olacaq.

75 kq çəki dərəcəsində yarışan Kamran Şahsuvarlının qayanalı Desmond Amsterdamla mübarizə aparacaq. 81 kq çəkidə mübarizə aparan Rauf Rəhimovun rəqibi isə malayziyalı Hafidz Adli Mohdudur.

Hər üç idmançımız yarışa 1/8 final mərhələsindən start verəcək.

Qeyd edək ki, dünən yarışların ilk günündə boksçumuz Məhəmmədrəsul Məcidov qazaxıstanlı Nurlan Saparbayı məğlub edərək 1/4 finala vəsiqə qazanıb.

AzerTaym.az






Fikirlər