““Qarabağ”a çox qol vurmalıyıq” - “Atletiko”nun yarımmüdafiəçisi

““Qarabağ”a çox qol vurmalıyıq”

"Oyunun asan olmayacağını bilirik. Lakin biz öz oyunumuzu ortaya qoyub çoxluq qol vurmalıyıq”. “Qafqazifo” xəbər verir ki, bu sözləri Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sabah “Qarabağ”la üz-üzə gələcək “Atletiko”nun futbolçusu Tomas Partey deyib. 

Yarımmüdafiəçi əvvəlcə Azərbaycana adaptasiya olmaqdan danışıb. O bildirib ki, çətin proses olsa da, uyğunlaşıb yaxşı oyun göstərməlidirlər: “Hər şeyi düzgün etməliyik. Xırda detallara belə diqqət yetirmək lazımdır. Biz baş məşqçiyə qulaq asmalıyıq. Onun tapşırıqları əsasında gözəl oyun ortaya qoymalıyıq”.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Atletiko" oyunu oktyabrın 18-i saat 20:00-da başlayacaq.  






Fikirlər