“Qarabağ” sabah qayıdır...

“Qarabağ” sabah qayıdır... Sonuncu rəqib rusiyalılar olacaq.

Ağdamın “Qarabağ” futbol klubunun Avstriyada keçdiyi təlim-məşq toplanışı sona yaxınlaşır.

Klubdan Oxu.Az-a verilən məlumata görə, iyunun 18-dən Kössen qəsəbəsində hazırlıqlarını sürdürən komanda dünən sonuncu məşqinə çıxıb.

“Qarabağ” yerli vaxtla 19:30-da (Bakı vaxtı ilə 22:30) Kössen qəsəbə stadionunda 90 dəqiqəlik çalışma yerinə yetirib.

Bu gün sonuncu yoxlama oyununa çıxacaq komandamızın rəqibi Rusiya “Lokomotiv”i olacaq.

Oyun Kössen qəsəbə stadionunda keçiriləcək. Oyunun başlama saatı 18:30-a (Azərbaycan vaxtıyla 21:30) nəzərdə tutulub.

Oyun “Qarabağ”ın rəsmi YouTube kanalı ilə canlı olaraq yayımlanacaq.

İyulun 8-də isə “Qarabağ” artıq Azərbaycana qayıdacaq.






Fikirlər