28.02.2014. - "Bu gün "Qarabağ"a sübut edəcəyik ki..."

28.02.2014. -  "Bu gün "Qarabağ"a sübut edəcəyik ki..."""Qarabağ"la aramızda 7 xallıq fərq var. 4 ildir “Neftçi”dəyəm. İlk dəfə belə çətin vəziyyətlə üzləşmişik".

AzerTaym.az Apasport.az saytına istinadən məlumat verir ki, bu sözləri “Neftçi” klubunun futbolçusu Flavinyo deyib.

“Neftçi” Topaz Premyer Liqasının XXIV turu çərçivəsində “Qarabağ”ı qəbul edəcək. Braziliyalı legioner Ağdam klubu ilə oyunöncəsi təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb:

“Biz həm çempionluq, həm də kubok qazanmışıq. “Qarabağ”la görüşdə bizə qələbədən başqa heç nə lazım deyil. Bütün futbolçular da başa düşür ki, oyunu uduzsaq, çempionluq şansımız qalmır. Oyunçularımıza çox inanıram. Mənim üçün çempion ola bilməməyimiz mümkün deyil. Sabah sübut edəcəyik ki, biz ölü yox, diriyik”.

Flavinyo Premyer Liqanın XXIII turunda “Sumqayıt”a məğlubiyyətə də toxunub:

“Burada məşqçini çox günahlandırmazdım. “Sumqayıt”la matçda gənclərə şans verilməsə, sonra verilməyəcəkdi. Cavanlıqda mənim də səhvlərim olub. 4-cü yerdə olmağımız gənclərin yox, ümumi komandanın günahıdır. Əlimizdə olan xalları qaçırdıq. Biz bu yerə alışmamışıq. Həmişə yuxarı pillələrdə olmuşuq. Əminəm ki, biz yenidən güc toplayıb, yuxarı pillələrə qalxacağıq”.


Qeyd edək ki, “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” matçı bu gün saat 17:00-da başlayacaq






Fikirlər