"QARABAĞ" futbol tariximizdə növbəti ilkə imza atdı - YENİLƏNDİ

"Qarabağ” Çempionlar Liqasının  qrup mərhələsində növbəti oyununa çıxıb.  Ağdam klubu evdə "Atletico" ilə qarşılaşıb. Oyunda hesab açılmayıb - 0:0.

Qeyd edək ki, bununla da, "Qarabağ" Azərbaycan futbolunda növbəti ilkə imza atıb. Ağdam klubu ÇL qrup mərhələsində xal qazanan ilk təmsilçimiz olub.

21:40

"Qarabağ"ın heyətində Dino Ndlovu matçın 75-ci dəqiqəsində qırmızı vərəqə alaraq komandasını azlıqda qoydu.

****

Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda “Qarabağ” - "Atletiko" (Madrid) matçı başladı.

Musavat.com xəbər verir ki, oyunu Fransa Futbol Federasiyasından olan hakimlər briqadası idarə edir. 

UEFA-nın qərarına əsasən, Ruddi Buke baş hakim, Qiyom Debar, Frederik Kano yan xətt hakim təyin olunublar. Amori Delryu və Fransua Letesye əlavə yardımçı hakim funksiyanı yerinə yetirəcək. Dördüncü hakim Bertran Xuannu olacaq.

"Qarabağ" və “Atletiko” komandalarının start heyətləri

"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 10. Pedro Enrike, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov.

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, Tarik Elyunussi, 22. Əfran İsmayılov, 52. Yakub Jezniçak, 77. Donald Gerryer, 90. Ramil Şeydayev

Baş məşqçi: Qurban Qurbanov

"Atletiko": 13. Yan Oblak, 2. Dieqo Qodin, 3. Filipe Luis, 7. Antuan Qrizmann, 8. Saul Nyiqes, 10.Yannik Karrasko, 14. Qabi, 16. Şime Vrsalko, 21. Kevin Qameyro, 22. Nikolas Qaytan, 24.Xose Mariya Ximenes

Ehtiyat oyunçular: 1. Migel Anhel Moyya, 5. Tomas Partey, 9. Fernando Torres, 11. Anhel Korrea, 12. Auqusto Fernandes, 15. Stefan Saviç, 19. Lukas Ernandes

Baş məşqçi: Dieqo Simeone

C qrupu

“Çelsi” (İngiltərə)
“Atletiko” (İspaniya)
“Roma” (İtaliya)
“Qarabağ” (Azərbaycan)

 






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi