ÇEMPİONLAR Liqası və AVROPA Liqasının PÜŞKÜ ATILIR

Çempionlar Liqası və Avropa Liqasının püşkü atılır

Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılacaq.

“AzerTaym” xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. 

Aşağıdakı 8 komanda rəqiblərini tanıyacaq. 

“Barselona” (İspaniya)
“Bavariya” (Almaniya)
“Yuventus” (İtaliya)
“Liverpul” (İngiltərə)
“Mançester Siti” (İngiltərə)
“Real” (İspaniya)
“Roma” (İtaliya)
“Sevilya” (İspaniya)

Bu gün həmçinin UEFA Avropa Liqasının 1/4 final mərhələsinin püşkü atılacaq. Mərasim Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

“Atletiko” (İspaniya)
“Arsenal” (İngiltərə)
“Latsio” (İtaliya)
“Leypziq” (Almaniya)
“Marsel” (Fransa)
“Sportinq” (Portuqaliya)
MOİK (Rusiya)
“Zalsburq” (Avstriya)






Fikirlər