Millimizin növbəti sınağı

Bu gün qadın voleybolçular arasında dünya çempionatının seçmə mərhələsinin növbəti oyunları keçiriləcək.
Millimizin növbəti sınağı
Azertaym.az” xəbər verir ki, milli komandamız bu dəfə Estoniya ilə qarşılaşacaq. Dünən ilk oyununda İsraili 3-1 hesabı ilə məğlub edən voleybolçularımız bugünkü matçdan da qalib ayrılmaq əzmindədirlər. Azərbaycan- Estoniya görüşü saat 19:00-da Voleybol Mərkəzində keçirləcək.

J qrupunda millimizlə yanaşı yer alan Serbiya və İsrail yığmalarının oyunu isə saat 16:00-da start götürəcək. İlk oyunlardan sonra Serbiya və Azərbaycan milliləri qrupda 3 xal toplayaraq, müvafiq I və II yerləri bölüşürlər. İsrail, Estoniya voleybolçuları isə ilk matçlarını məğlubiyyətlə başa vurduqları üçün xalsız qalıblar.






Fikirlər