Azərbaycan qızları Dünya Çempionatına vəsiqə qazandılar

Azərbaycan qızları Dünya Çempionatına vəsiqə qazandılar
Dekabrın 5-də qadın voleybolçular arasında Dünya Çempionatının seçmə mərhələsinin 3-cü raundunda son oyunlar keçirilib.Azertaym.az saytı xəbər verir ki, Azərbaycan milli komandası Bakıda Serbiya voleybolçuları ilə qarşılaşıb. Məhz bu komandalardan biri qalib gələcəyi təqdirdə Dünya Çempionatına vəsiqəyə sahib olacaqdı.
Oyun çox gərgin şəraitdə keçib. Belə ki, ilk setdə millibiz serblərə 19-25 hesabı ilə məğlub olublar. İkinci setdə Azərbaycan voleybolçuları qələbə qazanıblar (25-18). Üçüncü setdə yenidən millimiz uduzub (18-25). Dördüncü set 25-16 hesabı ilə Faiq Qarayevin yetirmələrinin xeyrinə başa çatıb.
Nəhayət beşinci setdə qələbə qazanan (18-16) Azərbaycan milli komandası yekunda 3-2 hesablı qalibiyyət sayəsində Dünya Çempionatına vəsiqə qazanıb.






Fikirlər