08.05.2014. - Nazir fermerlərə traktor payladı

08.05.2014. -  Nazir fermerlərə traktor payladıKənd təsərrüfatı naziri Heydər Əsədov “Aqrolizinq” ASC-nin Tovuz “Aqroservis” filialına gətirilən “Belarus” tipli 125 traktorlara baxış keçirib.

Nazir əvvəlcə filialda yaradılmış şəraitlə tanış olub.

Sonra respublikanın müxtəlif rayonlarından gəlmiş fermer və sahibkarlara traktorların sənədlərini təqdim edən nazir Heydər Əsədov dövlət başçısının aqrar sahənin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb.

Diqqətə çatdırılıb ki, Tovuz “Aqroservis” filialına gətirilmiş 125 ədəd traktordan 43-ü bu gün fermer və sahibkarlara lizinq yolu ilə verilir.

Nazir bildirib ki, fermerlər qarşılaşdıqları hər hansı problemlə bağlı nazirlikdə yaradılan “Qaynar xətt” (1652) ilə əlaqə saxlaya bilərlər.

Traktor almış fermerlər göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Nazir daha sonra Tovuzda fəaliyyət göstərən Dövlət toxumçuluq təsərrüfatında, Rayon Baytarlıq və Fitosanitar Xidməti idarələrində olub.


08.05.2014. -  Nazir fermerlərə traktor payladı






Fikirlər