Aslan Aslanova vəzifə verilməsi hamını çaşdırdı

Aslan Aslanova vəzifə verilməsi hamını çaşdırdı
Aslan Aslanovun Bakı Şəhər Baytarlıq İdarəsinə rəis təyin olunması ilə bağlı yayılan məlumatlar bəzilərində çaşqınlıq yaradıb. Belə ki, yenicə idarə rəisi təyin olunan Aslan Aslanovun kimliyi barədə məlumat verilmədiyindən onun keçmiş nazir müavini olduğu güman edilib. Hətta bəzi KİV-lər Bakı Şəhər Baytarlıq İdarəsinin yeni rəisini bir müddət öncə işdən çıxarılan nazir müavini Aslan Aslanovla səhv salıblar.
Dövlət Baytarlıq Xidmətinin Mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli məsələyə aydınlıq gətirib. Azertaym.az Modern.az saytına istinadən bildirir ki, ad və soyadların eyni olması insanları çaşdırmasın. Bakı Şəhər Baytarlıq İdarəsinə rəis təyin Aslan Aslanov keçmiş nazir müavini deyil.
Xidmət rəsmisinin sözlərinə görə, Bakı Şəhər Baytarlıq İdarəsinə rəis təyin Aslan Aslanov əvvəllər 20 saylı Baytarlıq –Sanitar idarəsinin müdiri vəzifəsində çalışıb. Uzun müddət Baytarlıq İdarəsinin rəis müavini postunu tutub. Bu yaxınlarda isə Bakı Şəhər Baytarlıq İdarəsinə rəis təyin olunub.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi