BENZİNİN DƏ QİYMƏTİ BAHALAŞIR?

Картинки по запросу BENZİN BAHALAŞDI

Azərbaycanda yanacağın qiymətində bahalaşma ola biləcəyi haqda informasiyalar dolaşmaqdadır.

Artıq sosial şəbəkələrdə də yanacağın bahalaşma etimalı barədə məlumatlar yayılıb.

Azinforum.az-ın əldə etdiyi məlumata görə, bu gecə yanacaqdoldurma məntəqələrində satılan “Premium” markalı benzinin bahalaşacağı gözlənilir. Bizə verilən məlumatda bildirilir ki, artıq bununla bağlı bütün yanacaqdoldurma məntəqələrinin rəhbərlərinə müvafiq göstəriş verilib. Qeyd edək ki, “Avro-4” standartlarına cavab verən bu benzin növü ölkəmizə Avropa ölkələrindən birindən idxal edilir. Hazırda 1 litri 0,93 AZN-nə satılan benzini sabahdan etibarən hər litri 1,05 AZN-ə satılacağı deyilir.






Fikirlər