09.08.2014- Rövnəq Abdullayevdən gözlənilməz qərar

09.08.2014- Rövnəq Abdullayevdən gözlənilməz qərar
ARDNŞ "Star" mediaholdinqində payını satır

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyənin "Star" mediaholdinqində payının satılması ilə bağlı yerli iş adamı Fəttah Tamince ilə danışıqlara başlayıb. Trend-in məlumatına görə, bu barədə "Reuters" "SOCAR Turkey"ə istinadən məlumat verir.

"SOCAR Turkey"in baş direktoru Kənan Yavuz bildirib: "Biz ARDNŞ-in holdinqdəki 50 faiz payının satılması haqqında danışıqlara başlamışıq. Əgər danışıqlar uğurla başa çatarsa, ölkədə iri layihələrə cəmləşmək üçün bu bazardan tam çıxacağıq".

Qeyd edək ki, ARDNŞ və sahibkar Ethem Sancağın birgə mülkiyyətində olan "Star" media qrupu eyni adlı qəzet və bir neçə telekanaldan ibarətdir. F. Tamince və E. Sancak Baş nazir Rəcəb Tayyib Ərdoğan və hakim partiya yaxınlıqları ilə tanınırlar.






Fikirlər