Dəmiryolçulara ali dövlət mükafatları təqdim olundu (FOTO)

Dəmiryolçulara ali dövlət mükafatları təqdim olundu (FOTO)Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 13 oktyabr 2014-cü ildə imzaladığı sərəncamlarla Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin bir qrup işçisini ali dövlət mükafatları ilə təltif etmişdir.

QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün həmin həmin mükafatların təqdim olunma mərasimi keçirilmişdir.

Tədbiri giriş sözü ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov açaraq dəmir yolunda mövcud durum, həyata keçirilən layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verdi.

Sonra Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov çıxış edərək bildirdi ki, ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən müasir dövrün iqtisadi islahatları respublikamıza böyük uğurlar gətirmiş, ölkə iqtisadiyyatının sürətli inkişafına səbəb olmuşdur. Bu gün ölkə nəqliyyat-yol kompleksində, eləcə də onun tərkib hissəsi olan dəmir yolunda həyata keçirilən islahatlar möhtərəm Prezidentimizin birbaşa qayğısı və nəzarəti sayəsində mümkün olur. Bu gün Azərbaycan nəhəng transmilli layihələrin reallaşması prosesində aktiv iştirak edir.

Heydər Əliyev siyasi xəttini ləyaqətlə davam etdirən ölkə başçısı nəqliyyat sisteminin, onun tərkib hissəsi olan dəmir yolunun inkişafını daim diqqət mərkəzində nəzarətdə saxladığı kimi, bu çətin sahədə çalışan insanların əməyini də qiymətləndirməyi yaddan çıxarmamışdır. Ölkə başçısının 13 oktyabr 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla bir qrup dəmiryolçu ali dövlət mükafatları ilə təltif edilmişdir.

Sonra nəqliyyat naziri Z.Məmmədov və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri C.Qurbanov ali dövlət mükafatlarını dəmiryolçulara təqdim etdilər.

Eyni zamanda, Yeni Azərbaycan Partiyasının sıralarına daxil olan bir qrup gənc dəmiryolçuya üzvlük biletləri təqdim olundu.


Dəmiryolçulara ali dövlət mükafatları təqdim olundu (FOTO)
Dəmiryolçulara ali dövlət mükafatları təqdim olundu (FOTO)






Fikirlər