«Azərbaycan Dəmir Yolları»nda Xocalı faciəsi anılıb

«Azərbaycan Dəmir Yolları»nda Xocalı faciəsi anılıb«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətində Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Anım tədbirində «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov çıxış edib. Bildirib ki, polad magistralın əməkçiləri bu günlərdə anım mərasimlərinə qatılırlar. İri dəmir yolu qovşaqlarında, ayrı-ayrı idarə və müəssisələrdə təşkil olunan mərasimlərdə Xocalı faciəsi zamanı həlak olanların, ümumilikdə, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların xatirəsi anılır, xeyrat süfrələri açılır.

“1992-ci il fevralın 25-dən 26-na keçən gecə bəşər tarixinin ən qanlı olaylarından biri baş verib. Həmin gecə erməni quldurları o vaxtkı rus imperiyasının 366-cı moto-atıcı rus alayının birbaşa köməyi ilə Xocalıda soyqırım törədiblər. Xocalı faciəsi ilə bağlı verilən rəsmi məlumatlarda bildirilir ki, həmin gecədə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca amansızlıqla qətlə yetirilib, 1275 nəfər isə əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil. Daha dəhşətli bir fakt da ondan ibarətdir ki, həmin gün 8 ailə bütün üzvləri ilə birgə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 487 nəfər yaralanıb”.

C. Qurbanov bildirib ki, son illər ərzində Xocalı soyqırımın dünyada tanıdılması istiqamətində bir sıra tədbirlər görülür. Bu istiqamətdə Heydər Əliyev Fondunun xətti ilə görülən işləri xüsusilə qiymətləndirmək lazımdır. ““Xocalıya ədalət” kampaniyası çərçivəsində görülən işlər dünyada böyük rezonans doğurub. Artıq bir çox dövlətlərin qanunverici orqanları Xocalı soyqırımını tanıyıb”.


«Azərbaycan Dəmir Yolları»nda Xocalı faciəsi anılıb
«Azərbaycan Dəmir Yolları»nda Xocalı faciəsi anılıb






Fikirlər