ABŞERON rayonu yeni inkişaf mərhələsində

ABŞERON rayonu yeni inkişaf mərhələsində ABŞERON rayonu yeni inkişaf mərhələsində













Bu gün ABŞERON rayonunda geniş vüsət alan abadlıq və quruculuq işləri rayonun simasını dəyişmiş, əhalinin sosial rifah halının gücləndirilməsində böyük əhəmiyyət kəsb etmişdir.

Son illər ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamları ilə əsası qoyulan, mədəniyyət, təhsil, səhiyyə, idman komplekslərinin məhz dövlətimizin rəhbərinin bilavasitə özünün iştirakı ilə açılışı rayonda çalışan zəhmətkeşlərin üzərinə böyük məsliyyət qoymuşdur.


ABŞERON rayonu yeni inkişaf mərhələsindəBurada hər bir ziyalı öz işinin öhdəsindən layiqincə gəlməyi düşünür, rayonun öncüllərdən olması naminə yorulmadan çalışırlar.
Rayon icra başçısı Zakir Fərəcov rayon ictimaiyyəti ilə görüşlərinin birində söyləmişdir: «Ölkə başçısının tapşırığına uyğun olaraq regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası Abşeronda uğurla həyata keçirilir». O respublikamızda yenidən qurulan və tikilən müasir təhsil ocaqlarının yaradılmasını przedentimizin təhsilə qayğısı kimi dəyərləndirmişdir.

Rayonun bütün sahələrində dinamik inkişaf göz önündədir.

Sevindirici haldır ki, ötən il rayonda əhalinin məşğulluq probleminin həlli istiqamətində mühüm addımlar atılmışdır. Təsadüfi deyildir ki, rayonda bir il ərzində 3083 iş yeri yaradılmışdır ki, bu da əhalinin rifahının yüksəldilməsində müstəsna əhəmiyyətə malikdir.

Ötən il bütün ölkədə «Sənaye ili» elan olunduğundan bu sahə rayonda prioritet sahə kimi diqqət mərkəzində saxlanılmışdır. Məhz buna görədə rayon ərazisində fəaliyyət göstərən sənaye müəssisələri 114 milyon manatlıq məhsul istehsal etmişlər. Hesabat dövründə pərakəndə ticarət və iaşə müəssisələri tərəfindən əhaliyə göstərilən xidmətin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 23 faiz artaraq 254 milyon manat təşkil etmişdir.

Tarixə çevrilmiş 2014-cü ili abşeronluların yaddaşında əlamətdar hadisələrlə hələ uzun illər yaşayacaqdır. Beləki, əhalinin böyük narahatçılığına səbəb olan problemlərin bir çoxunun həllinə məhz bu dövr ərzində nail olunmuşdur. Onları daha çox sevindirən isə yol infrastrukturunun yenidən qurulmasıdır. Yaşayış məntəqələrini birləşdirən yolların yeni çəkilmiş asfalt örtüyü indi burada yaşayan hər bir sakində fərəh hissi doğurur.
ABŞERON rayonu yeni inkişaf mərhələsindəABŞERON rayonu yeni inkişaf mərhələsində










Bir zamanlar qurunt sularından keçilməz olan, ağır tonlu yük avtomobillərinin yaratdığı çala-çuxurları indi nişanlanma xətləri ilə rənglənmiş asfalt örtüklü yollar əvəzləmişdir. Bu isə insanların iş yerlərinə, mənzil başına rahat gediş-gəlişi üçün böyük imkanlar açır. Bütün bunlara görə əhali dövlətimizin başçısı cənab İlham Əliyevə minnətdarlıq edir, sevinclərini gizlətmirlər. Məhz onun sərəncamı ilə 7,6 km uzunluğunda Masazır-Saray-Novxanı və 33,7 km uzunluğunda Hökməli-Qobu-Lökbatan-Güzdək-Puta yaşayış məntəqələrini birləşdirən avtomobil yolları yenidən qurularaq istifadəyə verilmişdir. Xırdalan şəhərindəki Heydər Əliyev prospekti yenidən qurulmuş, Həsən Əliyev küçəsi isə genişləndirilmişdir. Bununla yanaşı Bakı – Sumqayıt və Bakı-Şamaxı mağistral yollarının Abşeron rayonu ərazisindən keçən hissələrinin kənarı abadlaşdırılıb, müasir və zövqoxşayan üslubda yenidənqurma işləri aparılmış, yolkənarlarına ağac və gül kolları əkilmişdir.

ABŞERON rayonu yeni inkişaf mərhələsindəABŞERON rayonu yeni inkişaf mərhələsində










Abşeronda əhalinin asudə vaxtının səmərəli təşkili də diqqət mərkəzindədir.

Əhalinin istirahətinin səmərli təşkili məqsədilə rayonda park və xiyağbanların yaradılmasına, onların təmizliyinə, həmçinin müxtəlif atraksionlarla təchiz olunmasına böyük önəm verilir. Buna misal kimi rayonda insanların vaxtaşırı üz tutduğu Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkını göstərmək olar. Parkda yeni skamyalar quraşdırılıb, yaşıllıq sahələri yaradılmışdır. Həmçinin təmizliyin qorunması məqsədilə parkda məişət tullantılarının toplanması üçün müvafiq yerlərdə qutular yerləşdirilmişdir.

Rayonda həyata keçirilən layihələrin uğurla icrasında isə ABŞERON Rayon
İcra başçısı
Zakir Fərəcovun
böyük zəhməti vardır.
O rayonda reallaşdırılan layihələri birbaşa diqqət mərkəzində saxlayır, onların icrası, həyata keçirilməsi ilə şəxsən özü maraqlanır. Məhz onun gərgin və düşünülmüş siyasətinin nəticəsidir ki, qarşıya qoyulan məqsədlərə vaxtında nail olunur.

ABŞERON rayonu yeni inkişaf mərhələsindəABŞERON rayonu yeni inkişaf mərhələsində











Abşeron rayonunda yeniliklərin vüsət aldığı sahələrdən biri də təhsil sahəsidir. Yola saldığımız 2014-cü il Abşeron məktəbliləri üçün də əlamətdar olmuşdur. Beləki, onların bir çoxu bu il təmirli sinif otaqlarında tədris ilinə başlamışlar. Müasir avadanlıqlarla təchiz olunmuş təhsil ocaqlarının istifadəyə verilməsini valideynlərdə böyük sevinclə qarşılamışlar. Çünki indi onların övladları müasir istilik sistemləri, sanitar qovşaqları, işıqlı dəhlizləri, eləcədə müasir texnologiyalarla zəngin sinif və labarotoriya otaqları olan təhsil müəssəsində elm, savad alacaqlar. Bu təhsil ocaqlarının müasir standartlara cavab verən akt və idman zalları, kitabxanaları şagirdlər üçün bərabər imkanlara məxsus təhsil mühiti yaradır.

Bütün bunlar hər bir valideyndə qürur hissi doğurur.

Təhsil ocaqlarının yenidənqurulması müəllimlərin də işini asanlaşdırır, onların təhsildə nailiyyətlər qazanmasında yardımçı olur. Onlar indi Veb2, Veb3 texnologiyalarından istifadə edir, ağıllı lövhələrin, müasir İKT avadanlığının köməyi ilə interaktiv dərslər qururlar. Bu isə şəxsiyyətyönümlü təhsil mühitinin qurulmasında başlıca amillərdən biridir.

Rayonda ürəkaçan, fərəh doğuran sahələrdən biri də «Məktəbəqədər təhsil müəssisələrinin inkişafı» proqramının icrasına başlanılmasıdır. Bu proqram çərçivəsində rayonun daxili imkanları hesabına 22 uşaq bağçasının tikintisinə başlanılmışdır. Bu isə kiçik rəqəm deyildir. Sevindirici haldır ki, bu istiqamətdə 4 məktəbəqədər təhsil müəssəsi rayonun azyaşlı sakinlərinin istifadəsinə verilmişdir. Masazır qəsəbəsində tikilən 6 qrupluq uşaq bağçasında isə son tamamlama işləri görülür, 17 uşaq bağçasının tikintisi isə hazırda davam etdirilir.

ABŞERON rayonu yeni inkişaf mərhələsində
ABŞERON rayonu yeni inkişaf mərhələsində
ABŞERON rayonu yeni inkişaf mərhələsində
ABŞERON rayonu yeni inkişaf mərhələsində

Rayonda uşaq və gənclərin asudə vaxtının səmərəli təşkili və məktəbdənkənar tədbirlərin həyata keçirilməsinə böyük imkanlar açan, həmçinin əhalinin belə yaş qruplarına daxil nümayəndələrinin zərərli vərdişlərdən uzaqlaşdırmaq məqsədi daşıyan mədəniyyət, idman ocaqlarının tikintisi və yenidən qurulması da vacib amillər sırasındadır. Rayonun interyerinə xüsusi görkəm verən, müasir memarlıq üslubunda inşa edilən Heydər Əliyev mərkəzi, Bayraq meydanı, «Park Abşeron» Əyləncə Mərkəzi, Xırdalan şəhər Musiqi Mərkəzi, Şahmat məktəbi, rayonun 13 min tamaşaçı tutumu olan beynəlxalq standartlara uyğun stadion ölkə başçısının iştirakı ilə istifadəyə verilmişdir.

Rayonda aparılan abadlıq və quruculuq işlərinin miqyasının genişləndirilməsində ayrı-ayrı qəsəbə nümayəndəliklərinin birgə əməyi yüksək qiymətləndirilməlidir.

ABŞERON rayonu yeni inkişaf mərhələsindəHÖKMƏLİ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Mirseyib İbrahimov görülən işlərlə bağlı açıqlamasında bildirmişdir ki, qəsəbədə 12900 nəfər daimi qeydiyyatı olan, 7000-dən artıq isə qeydiyyatsız əhali yaşayır.
Əhalinin sosial qayğılarının həlli istiqamətində qəsəbədə daim məqsədyönlü işlər həyata keçirilir. Qəsəbədəki evlərin elektriklə təminatında ortaya çıxmış problemlər son zamanlar aradan qaldırılmışdır. 2014-cü il ərzində Hökməli qəsəbəsi, «At yalı» və «Nübar» yaşayış massivlərində 3 ədəd müxtəlif gücə malik elektrik transformatorları quraşdırılıb istifadəyə verilmişdir. Bundan başqa qəsəbədə əhalinin mavi yanacaqla təminatı məsələsində də irəliləyişlərə nail olunmuşdur. Həm «At yalı» və «Nübar» yaşayış massivlərinin «Azəriqaz» İstehsalat Birliyində təsdiq olunmuş layihə əsasında qazlaşdırılma işi və «Smarkart» tipli sayğacların quraşdırılma işləri davam etdirilmişdir. Həmçinin qəsəbədə əhalinin su problemi də öz həllini tapmışdır. Beləki, «Oguz-Qəbələ-Bakı» magistral su xəttindən qəsəbəyə 4,2 km olan su xətti çəkilmişdir.

Qəsəbədə səhiyyə, təhsil, mədəniyyət sahələrində də böyük işlər görülmüşdür. Təmirə ehtiyacı olan sahələrdə abadlıq və yenidənqurma işləri aparılmışdır.

ABŞERON rayonu yeni inkişaf mərhələsində Əhalinin sosial rifahının yaxşılaşdırılması rayonun Güzdək qəsəbəsində də prioritet istiqamət kimi diqqətdə saxlanılır. Burada qəsəbədaxili yollar təmir olunur, əhalinin rahatlığı nəzərə alınır. Təsadüfi deyildir ki, ötən qısa müddət ərzində məhəllə daxili küçələrin təmirinə 11000 kubmetr daş tozu qarışığı, 17500 kubmetr karbonat, 14500 kubmetr qraviy işlənmişdir. Həmçinin əhalinin işıqla təminatının davamlı və fasiləsiz olması üçün də tədbirlər görülmüşdür. Beləki, transformatorlar nəzarətdən keçirilmiş və hamısına yağ əlavə olunmuşdur. 6 kvt-luq hava xəttində 3 elektrik dayağının travesləri yenisi ilə əvəz olunmuşdur. 0,4 kvluq xəttdə sıradan çıxmış 52 metr «SİB» kabel dəyişdirilmişdir. Güzdək bələdiyyəsi tərəfindən qəsəbə tam orta məktəbi və 12 saylı uşaq bağçası üçün qış mövsümündə istilik sisteminin normal işləməsi ilə əlaqədar 2,15 ton dizel yanacağı alınmışdır. 12 elektrik dirəyi və 1200 metr naqil yenisi ilə əvəz olunmuşdur.

Qəsəbədə əhalinin su problemi də artıq həllini tapmaqdadır. «Azərsu» ASC-nin sifarişi ilə Oğuz-Qəbələ-Bakı mağistral su xəttindən Güzdək qəsəbəsinə su xəttinin çəkilişi davam edir. Su xəttinin çəkilişi Tahir Qorçiyevin rəhbərlik etdiyi «Sənaye Tikinti M» MMC tikinti təşkilatı tərəfindən həyata keçirilir. Birinci rübdə 55 evə yan çıxış verilərək su sayğacı qoyulmuşdur. Qəsəbədə ümumilikdə su ilə təmin olunan abonentlərin sayı 250-yə çatdırılmışdır.

Qəsəbədə mütəmadi olaraq kütləvi təmizlik aksiyaları keçirilir. Aksiya qəsəbə icra nümayəndəliyinin inzibati bğinasından başlayaraq, ərazinin həyatyanı sahəsini, qəsəbə bələdiyyəsini, orta məktəblərin binasını, uşaq bağçalarını, həkim məntəqəsini və digər inzibati binaları əhatə edir. Bununla yanaşı ətraf mühitin qorunması, ekaloji vəziyyətin yaxşılaşdırılması işi də qəsəbə nümayəndəliyinin daim diqqətindədir. Sevindirici haldır ki, ötən il qəsəbədə 1650 ağac əkilmiş daxili kanalizasiya xətinin sıradan çıxmış 25 metri yenisi ilə əvəzlənmişdir.


Güzdək qəsəbəsində yaşayan şəhid və əlil, imkansız ailələrə hər zaman qayğı göstərilir. Bu məqsədlə Novruz bayramında 47 nəfər şəhid ailəsinə, həmçinin əlil və aztəminatlı ailələrə bayram sovqatı paylanılır.

ABŞERON rayonu yeni inkişaf mərhələsindəMasazır qəsəbəsində isə ötən ilin ən əlamətdar hadisəsi valideyn himayəsindən məhrum olmuş kimsəsiz məzunların yerləşdirilməsi üçün 120 mənzildən ibarət binanın açılışı mərasimi olmuşdur.
Binanın açılışında Azərbaycanın birinci xanmı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak etmişdir. Ümimilikdə bu layihə Azərbaycan xalqının çox əsrlik ənənəsinin davamı kimi də qiymətləndirilə bilər. Layihəyə qədər kimsəsiz uşaqların yetkinlik yaşına çatdıqdan sonra həyata atılır, sığınacaqları olmadığından onların bir çoxu pis vərdişlərdən kənarda qala bilmirdilər.

Nəticədə isə belə uşaqların gələcəyi təhlükə altına düşürdü. Bu gün isə dövlət kimisəsizlərə sahib çıxır, onları evlə təmin edir, gələcək həyatlarının möhkəm bünövrə üzərində qurulmasına böyük imkanlar yaradır.

Hazırda binada 50 yerlik kafe və mətbəx, bərbərxana, ticarət salonu, stolüstü oyunlar və internat zalları, çamaşırxana var. Mənzillərin hər biri mebellə təmin olunmuş, mətbəx avadanlığı, yataq dəstələri ilə təmin edilmişdir.

Masazır qəsəbəsində yenidənqurulan məhəllədaxili yollarda aparılan abadlıq işlərinin təşkilatçısı kimi bələdiyyənin əməyini də xüsusi qeyd etmək lazımdır. Bələdiyyənin əhalinin imkansız təbəqəsinin problemlərinin həllində göstərdiyi qayğı isə alqışlanmalıdır. Təsadüfi deyildir ki, hər bayramda kimsəsizlər, ahıllar, şəhid ailələri yada düşür, bayramqabağı hər ailəyə imkan daxılində köməklik göstərilir. Bu da təsadüfi deyildir. Xalqımızın mənəvi dəyərlərini öz işində, amalında doğruldan Masazır bələdiyyəsi «əl tutmaq əldən qalıb» məsəlini fəaliyyətinin şüarı kimi qəbul etmişdir.

ABŞERON rayonunda bütün qəsəbələrdə quruculuq işləri geniş vüsət almış, hər yerdə böyük layihələr həyata keçirilməkdədir. Sevindirici haldır ki, rayonun çiçəklənməsində bütün ziyalılar el birliyi ilə çiyin-çiyinə problemlərin aradan qaldırılması istiqamətində əməyini əsirgəmirlər…


ABŞERON rayonu yeni inkişaf mərhələsində
ABŞERON rayonu yeni inkişaf mərhələsində
ABŞERON rayonu yeni inkişaf mərhələsində
ABŞERON rayonu yeni inkişaf mərhələsində






Fikirlər