DEPUTAT ölkədə bahalaşama olacağını deyir: "Bu artımlar əhaliyə TƏSİRSİZ ötüşməyəcək"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, rüsumlarda və digər sahədə olan artımlar bir qədər bahalaşmaya səbəb olacaq.

“Buna 50 faiz artım demək olmaz. Malın dəyərindən aslı olaraq, gömrük rüsumlarının qiymətləri dəyişəcək. Burada 10, 15, 25 manatda artım var. Əlbəttə, bu qərar gömrükdən keçən bütün mallara şamil edilir. Bu, gömrük yığımı üçün yaxşı olsa da, bazara müəyyən qədər təsir edəcək”, – Vahid Əhmədov belə deyib.

Onun sözlərinə görə, Azərbaycana kifayət qədər məhsul idxal edirik ona görə də, rüsumların artırıldığı üçün həmin malların dəyərində müəyyən qiymət artımı baş verəcək. Ümumilikdə bu artımların Azərbaycanın daxili bazarındakı qiymətlərinə təsiri qaçılmazdır.

Millət vəkili deyib ki, gömrük yığımlarının artırılmasının mərkəzində tam başqa məsələ durur: “Bu il üçün dövlət büdcəsində gömrük ödənişlərinin məbləği artırılıb. Mikayıl Cabbarov nazir kimi işinə başlayandan bu qurumda real islahatlar aparılır”.

V. Əhmədov onu da deyib ki, bu, heç də dövlət büdcəsinin rüsumlar hesabına doldurulması deyil, amma bu artımlar əhaliyə təsirsiz ötüşməyəcək.

(BBC Azərbaycanca)






Fikirlər