Azərbaycan 1 milyard dollar kredit aldı...

Azərbaycan 1 milyard dollar kredit aldı...Bakıda keçirilən Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci illik Toplantısı çərçivəsində Azərbaycan Respublikası hökuməti ilə AİB arasında elektrik enerjisinin paylanmasının inkişafına dair təklif olunan İnvestisiya Proqramı üzrə kreditin ayrılmasına dair ilkin niyyət protokolu imzalanıb.

"AzerTaym.az" AzVision.az-a istinadən xəbər verir ki, protokolu Azərbaycanın maliyyə naziri Samir Şərifov, “Azərişıq” ASC-nin sədri Baba Rzayev və AİB-in vitse-prezidenti Vençay Jangin imzalayıblar.

Memorandum ölkənin enerji sisteminin yenidən qurulmasını və modernləşdirilməsini nəzərdə tutan 1 milyard dollar investisiya proqramı üzrə anlaşma əsasında imzalanıb.






Fikirlər