“Neftin ucuzlaşmasına görə 3 milyard dollar itirəcəyik...”-Şahmar Mövsümov

“Neftin ucuzlaşmasına görə 3 milyard dollar itirəcəyik...”-Şahmar MövsümovAzərbaycan Dövlət Neft Fondu (DNF) aktivlərinin 500 milyon dollarını Çin valyutasına-yuana yatırır.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə Dövlət Neft Fondunun prezidenti Şahmar Mövsümov Davos Forumunda iştirakı zamanı “Bloomberg” agentliyinə açıqlamasında deyib.

Ş.Mövsümov deyib ki, fond həmçinin aktivlərinin bir hissəsini Asiya ölkələrində daşınmaz əmlaka yatıracaq. Məqsəd fondun portfelinin diversifikasiya olunmasıdır.

“Ötən ilin sonlarınd biz yuana nə qədər investisiya yatırmaq barədə kvotanı müəyyən etdik. Hazırda zəruri sənədlər hazırlanır və bu il biz 500 milyon dolları yuana yatıracaq” - deyə Mövsümov bildirib.

DNF prezidenti deyib ki, Azərbaycanın neft pullarının bir qismini də Yaponiya, Honkonq, Sinqapur və Çin kimi Asiya ölkələrində daşınmaz əmlaka yatırmağı planlaşdırır: “Biz hazırda əlimizdə olan aşağı gəlirli istiqrazları əvəzləmək üçün olduqca sadə aktivlər axtarırıq”.

Şahmar Mövsümov onu da deyib ki, hazırda Rusiya rublunun dəyərdən düşməsinə baxmayaraq fond rublla saxlanılan aktivlərini dəyişdirməyəcək: “Biz rublda invstisiyalarımızı saxlayacağıq. “Vneştorqbank”a yatırdığımız investisiya çox uzunmüddətli və strateji mahiyyət daşıyır. Biz hesab edirik ki, “Vneştorqbank”da qalmalıyıq, bu, Rusiyanın ən iri banklarından biridir”.

“Neftin ucuzlaşmasına görə 3 milyard dollar itirəcəyik...”-Şahmar Mövsümov

Ş.Mövsümovun fikrincə, neftin qiymətləri ilin ikinci yarısında sabitləşəcək və əvvəlki mövqelərini bərpa edəcək. Onun sözlərinə görə, neftin bu cür kəskin ucuzlaşmasını heç kim gözləmirdi.

Ş.Mövsümovun sözlərinə görə, neftin ucuzlaşması Azərbaycan Dövlət Neft Fondunun aktivlərinin təxminən 3 milyard dollar azalmasına səbəb olacaq. O, əlavə edib ki, fondda cəmləşmiş vəsaitlər Azərbaycana çətinliklərin öhdəsindən gəlməyə imkan verəcək.

“Biz öz valyutamızı qoruya bilərik. Xərcləri azaltsaq da biz bunu iqtisadiyyatın real sektoruna zərər vurmadan, nəzarət olunan formada həyata keçiririk” - deyə Ş.Mövsümov bildirib.






Fikirlər