BP “Mərkəzi Azəri”də işi dayandırdı,360 milyon dollar itirəcəyik

BP “Mərkəzi Azəri”də işi dayandırdı,360 milyon dollar itirəcəyikBritaniyanın neft-qaz nəhəngi BP-nin törəmə şirkəti “BP-Azerbaijan” bu gündən etibarən Xəzərdəki əsas neft platformalarının birində işi dayandırır.

Bu haqda “BP-Azerbaijan” şirkətinin rəhbəri Qordon Birrel oktyabrın 30-da jurnalistlərə açıqlamasında bildirib.

Q.Birrelin sözlərinə görə, “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokuna daxil olan “Mərkəzi Azəri” platformasında istismar müddətini başa vurmuş avadanlıqlar müasir avadanlıqlarla əvəz olunacaq və bu işlər təxminən bir ay çəkəcək.

Qordon Birrel
BP “Mərkəzi Azəri”də işi dayandırdı,360 milyon dollar itirəcəyik
BP rəsmisi bildirib ki, oktyabrın 31-dən etibarən AÇG-dəki “Mərkəzi Azəri” platformasında texniki və profilaktik işlərə başlanılacaq. Profilaktika işləri başa çatandan sonra platforma ilkin mərhələdə noyabrın 27-də işə salınacaq. Platforma dekabrın 2-dən tam gücü ilə fəaliyyətə başlayacaq.

“Hazırda platformadan gündə orta hesabla 160 min barrel neft hasil olunur. Aparılan profilaktik tədbirlərdən sonra hasilatın artması gözlənilir” - deyə Q.Birrel əlavə edib

“Mərkəzi Azəri” platforması AÇG-dəki ən məhsuldar platformalardan hesab olunur. Bu platformada işlərin dayandırılması AÇG-də neft hasilatının hissediləcək səviyyədə aşağı düşməsinə səbəb olacaq. Belə ki, profilaktika işlərinin bir ay davam edəcəyi nəzərə alınarsa, o zaman konsorsium 5 milyon barrelə yaxın az neft hasil edəcək.

Hasilatın pay bölgüsü müqaviləsinin şərtlərinə əsasən bu neftin 80 faizi, yəni 4 milyon barreli Azərbaycanın payına düşür. Neftin dünya bazarlarındakı indiki qiymətləri ilə hesabladıqda bu, Azərbaycan üçün 360 milyon dollar itki deməkdir.

BP “Mərkəzi Azəri”də işi dayandırdı,360 milyon dollar itirəcəyik







Fikirlər