“FENDİ”nin reklamındakı mahnını NƏSİBƏ OXUYUB- Video

“Fendi”nin reklamındakı mahnını Nəsibə oxuyub

Dünyanın məşhur “Fendi” brendinin reklam çarxında səsləndirilən Azərbaycan mahnısı marağa səbəb olub.  Markanın instaqram səhifəsində paylaşılan videoda istifadə olunan bəstənin azərbaycanlı ifaçı tərəfindən səsləndirildiyi iddia edilib. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, mahnını əslən Azərbaycandan olan Özbəkistanın xalq artisti Nəsibə Abdullayeva oxuyub.  Reklam çarxında səsləndirilən “Bir gün mənə rəhmin gələcək” misrası isə onun "Fəridə" adlı mahnısındandır. 

Bu məqamda bildirək ki, Azərbaycan dilində ifa olunan mahnı 1983-cü ildə lentə alınıb.Nəsibə Abdullayeva həmin mahnını Səmərqənd ansamblınin müşayiəti ilə oxuyub. 

 






Fikirlər