ƏRZAQ məhsullarının BAHALAŞMASI haqda AÇIQLAMA

Ərzaq məhsullarının bahalaşması haqda açıqlama

2018-ci ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,6 faiz bahalaşıb.

AzerTaym.az" bildirir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, cari ilin oktyabr ayında sentyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən ərzaq məhsullarının və qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz bahalaşıb.

Ay ərzində unun, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları, pendir və yumurtanın, marqarin və zeytun yağlarının, bananın, pomidorun, badımcanın, yerkökünün, çuğundurun, kartofun, qəhvə, çay və kakaonun, tütün məmulatlarının və spirtli içkilərin qiymətlərində bahalaşma, manna və qarabaşaq yarmasının, limonun, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, göyərtinin, xiyarın, göy lobyanın, kələmin, sarımsağın, soğanın qiymətlərində isə ucuzlaşma müşahidə olunub.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi