“EXPO-2025” BU ŞƏHƏRDƏ KEÇİRİLƏCƏK

“Expo-2025” bu şəhərdə keçiriləcək

“Expo-2025” ümumdünya sərgisinin keçiriləcəyi şəhərin adı açıqlanıb.

AzerTaym.az xarici mediaya istinadən xəbər verir ki, Yaponiyanın Osaka şəhəri ilə Rusiyanın Yekaterinburq şəhəri arasında gedən mübarizədə birinci qalib olub. Səsvermə zamanı Osaka 59,35%, Yekaterinburq 39,35% səs toplayıb.

Xatırladaq ki, Yekaterinburq “Expo-2020” üçün də namizədliyini irəli sürmüş, Dubaya uduzmuşdu.

Qeyd edək ki, “Expo” 170-dən çox ölkənin iştirak etdiyi irimiqyaslı beynəlxalq sərgidir. Hər beş ildən bir elm, texnika, memarlıq və incəsənət sahəsindəki nailiyyətləri nümayiş etdirir.






Fikirlər