Aydın Əliyev rəisi işdən qovdu


Dövlət Gömrük Komitəsinin Balakən gömrük-keçid məntəqəsinin rəisi Hikmət Məmmədov tutduğu vəzifədən azad olunub.
AzNews.az xəbər verir ki, bu barədə Mia.az-a daxil olan məlumata görə, H.Məmmədovun vəzifədən alınması səbəbsiz olmayıb. O, yol verdiyi nöqsanlara görə vəzifəsini itirib.
Məlumat üçün onu da qeyd edək ki, Hikmət Məmmədov ötən il bu vəzifəyə təyin olunmuşdu. Buna qədər o, Astara gömrüyünün rəisi olub. 






Fikirlər