Şabranın keçmiş prokuroruna görünməmiş ittiham -YENİLƏNİR

image here

İlqar İmdad oğlu Məmmədli: «Şabran rayonunun keçmiş prokuroru Sabir Əliyevin təsiri və təzyiqi ilə oğlunun dələduzluğu barədə verdiyim şikayətlər polis və prokurorluq orqanlarında qanuni baxılmır…»
Abşeron rayonu, Xırdalan şəhər sakini Məmmədli İlqar İmdad oğlu Azərbaycanın Baş Prokuroru Zakir Qaralova, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə, Azərbaycan daxili işlər naziri Ramil Usubova və surəti «Təzadlar» qəzeti redaksiyana ünvanlı şikayət ərizəsini dünən redaksiyamıza təqdim edib. İ.Məmmədli əməkdaşlarımıza geniş müsahibə də verib və başına gətirilən müsibətlərdən ətraflı danışıb, həmçinin ona qarşı edilmiş dələduzluq hərəkəti ilə bağlı əvəllər müraciət etdiyi Abşeron RPŞ-nin müstəntiqlərinin qanunsuz hesab etdiyi qərarlarını, digər maddi sübut hesab edilən sənədləri və materialları bizə təqdim etdi…

Keçmiş prokurorun oğlu niyə dostunu aldadıb?


Şikayət ərizəsindən və şikayətçinin müsahibəsindən məlum olur ki, İlqar Məmmədli Şabran rayonunun keçmiş prokuroru Sabir Əliyevin oğlu ilə yaxın dost olublar, amma… 
*** 
Bu da Məmmədli İlqar İmdad oğlunun Azərbaycanın Baş Prokuroru Zakir Qaralova, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə, Azərbaycan daxili işlər naziri Ramil Usubova və surəti «Təzadlar» qəzeti redaksiyana ünvanlı şikayət ərizəsindən sətirlər:
«Hörmətli cənab Zakir Qaralov!
Hörmətli cənab Kamran Əliyev!
Çox hörmətli cənab daxili işlər naziri Ramil Usubov!
Hörmətli «Təzadlar» qəzeti redaksiyasının rəhbərliyi!
Bildirirəm ki, Bakı şəhəri, Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektində qeydiyyatda olan, Binəqədi rayonu, Xocasən qəsəbəsində naməlum ünvanda yaşayan (mobil telefonlarını təqdim edir.Red.) 1969-cu il təvəllüdlü Əliyev Vüqar Sabir oğlunu 2004-cü ildən tanıyıram. Onunla münasibətim keçmiş Dəvəçi, indiki Şabran rayonunda birgə işlədiyimiz dövrdəndir. Həmin vaxt Vüqarın atası Sabir Əliyev Dəvəçi rayonunun prokuroru idi. Hər ikimiz həmin rayonda polis şöbəsinin əməkdaşı kimi fəaliyyət göstərirdik. İş yoldaşı kimi Vüqar Əliyevlə başlayan münasibətlərimiz sonradan dostluğa çevrildi… 2006-2007-ci illərdə Vüqar Əliyev iş yerini Quba rayon Polis Şöbəsinə dəyişdirdi. Buna baxmayaraq dostluğumuz əvvəlki qaydada davam edirdi, mütəmadi olaraq görüşürdük. 2008-ci ildə ailə vəziyyətimlə bağlı Azərbaycan Respublikası DİN-nin rəhbərliyinə raport yazaraq öz istəyimlə DİO sıralarından xaric olundum. Məndən bir il sonra Vüqar Əliyev də öz ərizəsi ilə polis orqanlarından xaric olundu. 23 noyabr 2009-cu ildə Vüqar Əliyevlə Xırdalan şəhərində görüşdük. O, mənim işsiz olduğumu biləndən sonra dedi ki, «Bir az pul tapsan, Prezident Administrasiyasında şöbə müdiri işləyən qohumum Şahin Əliyevin vasitəsilə sənə iş taparam…». Mən çıxılmaz vəziyyətdə idim, ailəm maddi çətinlikləri yaşayırdı… Odur ki, məcbur olub ondan nə qədər pul lazım ola biləcəyini soruşdum, dedi ki, öyrənib deyərəm. 24 noyabr 2009-cu ildə Vüqar Əliyev mənə zəng edərək bildirdi ki, Prezident Administrasiyasında şöbə müdiri işləyən qohumum Şahin Əliyevlə danışdım, 10.000 (on min) manat pul versən, uzağı bir-iki aya Ali Məhkəmədə məsləhətçi vəzifəsinə səni işə qoyacaqdır. Mən ona dedim ki, bir nəfər tanıyıram, faizə pul verir, 2006-cı ildə uşağım Neftçilər Xəstəxanasında əməliyyat olunanda pul lazım idi, ondan almışam. Əvəzində Sumqayıtdakı evimi satıb onun pulunu vaxtında qaytardım. Ona görə də həmin şəxslə aramızda inam var, mən ondan aylıq 4 faizə pul götürə bilərəm. Ancaq bir şərtlə ki, işim iki ay müddətində düzəlsin ki, çox ziyana düşməyim. Vüqar Əliyev dedi ki, narahat olma, iki ayadək işin düzələcək.
24 noyabr 2009-cu ildə, təxminən saat 17:00-da mən Vüqar Əliyevin mobil telefonuna zəng vuraraq bildirdim ki, 12500 dollar, yəni həmin ilin kursu ilə 10 min manat hazırdır. Vüqar da mənə bildirdi ki, gəl Bakı şəhərinə. Dedim ki, yox, gəl Xırdalandakı daim oturduğumuz kafedə görüşək…Vüqar təkidimlə razılaşdı və biz Xırdalanda görüşdük…
 
P.S.Təəssüf ki, Vüqar Əliyevin, həmçinin atası, Şabranın keçmiş prokuroru Sabir Əliyevin bizə verilmiş mobil telefonlarına etdiyimiz zənglər hələki cavabsız qalır. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq…






Fikirlər