REKTOR ƏDALƏT MURADOV niyə müdafiədən 16 İL SONRA doktorluq diplomunu alıb?

Rektor Ədalət Muradov niyə müdafiədən 16 il sonra doktorluq diplomunu alıb?

Dövlət İqtisad Universitetində rektorla bağlı daha bir qalmaqal: «Ədalət Muradov Ukraynada 1998-ci ildə müdafiə etsə də, dissertasiyasındakı problemlərə görə 26.12.2014-cü ildə ona iqtisad elmləri doktoru diplomu verildi, 21.11.2014-cü ildə isə professoru adı verilib… Bu necə ola bilər?»


Azərbaycan Dövlət İqtisad Universiteti ilə bağlı narahatlıq hələ də bitib-tükənmir. Bu dəfə universitetin bir qrupp müəllimi tərəfindən «Təzadlar»a növbəti qalmaqallı müraciət göndərilib. Bir sıra hüquqi aydınlaşdırılmalara və dəqiqləşdirilmələrə zərurət olduğundan, müraciəti ixtisarla təqdim edirik: «Hörmətli «Təzadlar»! Bir müddətdir ki, qəzetinizdə və qəzetin rəsmi saytında iqtisadçılar və ADİU haqqında yazılar təqdim olunur. Qəzet ADİU-da maraqla oxunur. Son maraqlı və haqlı yazılarınızdan biri «Əli Abbasov hələ də İqtisad Universitetinin kafedra müdiridir» yazısında İqtisad Universitetində hamının bildiyi bəzi suallar verilmişdir. Lakin görünür, rektor Ədalət Muradovun vaxtı olmadığı üçün həmin suallara cavab verə bilmir. Biz, icazənizlə, onun əvəzindən bu və ya digər sualları cavablandıraq… 
Birincisi, Ali Attestasiya Komissiyasının (AAK) tələblərinə görə başqa ölkələrdə müdafiə edən vətəndaşlar Azərbaycanda nostrifikasiyadan keçəndən sonra uyğun ixtisas üzrə diplom alırlar və bundan sonra onlar həmin elmi dərəcəni daşıyırlar. Həmçinin həmin diploma görə əlavə pul alırlar. Ədalət Muradov Ukraynada 1998-ci ildə müdafiə etsə də, dissertasiyasındakı bəzi problemlərə görə yalnız 26.12.2014-cü ildə ona Azərbaycanın iqtisad elmləri doktoru diplomu verilmişdir. 21.11.2014-cü ildə isə ona Azərbaycanın professoru adı verilmişdir. Qanuna görə, Ədalət Muradov yalnız Azərbaycanın iqtisad elmləri doktoru olandan sonra ona professor adı verilə bilərdi (Bax: AAK-ın sayti: http://www.aak.gov.az/diplom/rayasat_table.php)
Bu tarixə qədər onun doktorluq diplomuna və professor diplomuna görə aldığı pullar qanunsuzdur.

Ədalət Muradovun AAK məcaraları…

Onu da deyək ki, Əlican Babayev AAK-da ekspert komissiyasının sədri olanda, dissertasiyası saxta olan adamlara qarşı mübarizə aparacağını ekspert şurasında bəyan etmişdi. Bundan sonra Əlican Babayev və onu dəstəkləyənlər AAK-da Ədalət Muradov və digərləri vasitəsi ilə təzyiqlərlə üzləşdi (onları dindirə bilərsiniz, əlaqə telefonlarını təqdim edirik). Nəticədə, onlar AAK-dan kənarlaşdırıldılar. Əslində isə Ədalət Muradovun 26.12.2014-cü ildən əvvəlki tarixlərdə, yəni Azərbaycanın elmlər doktoru diplomu almamışdan əvvəl AAK-da ekspert şurasının üzvü, müavini və İqtisad Universitetində dissertasiya şurasının sədri olması qanunsuz idi! Mövcud qanunvericilik bunu belə şərtləndirir. AAK-da doktorantların incidilməsində də Ədalət Muradovun rolu az olmayb (Bir neçəsinin adlarını təqdim edirik). Ə.Muradov əvvəllər Ekspert Şurasının üzvü kimi «dissertasiyan zəifdir, köçürmələr çoxdur» şərti irəli sürürdüsə, o, sonralar da rektor kimi «AAK-dan məktub var, işin plagiatdır» kimi bəhanələrlə onun AAK-da ləğv etdirdiyi dissertasiyalar sonralar təsdiqlənib (İqtisad Universitetinin məlumatlı alimlərinin bir neçəsinin əlaqə telefonlarını veririk, dəqiq məlumat alacaqsınız). Özlərinin dissertasiyalarını əldə etmək üçün 2015-ci ildə hamının dissertasiyası saxlandığı Mərkəzi Kitabxanada (M.Axundov adına kitabxana) Ədalət Muradovun dissertasiyasının isə kitabxanaya verilmədiyini bildiriblər. Bu necə ola bilərdi?" 
-Bəs Ədalət Muradov doktorluq işini Ukraynanın hansı institutunda müdafiə etmişdir?
-«Təzadlar» həmin instituta hansı sorğunu və sənədləri tərcümə ilə göndərmişdir?
(Davamı var)
«Təzadlar»ın Araşdırma Qrupu

P.S.Qarşı tərəfin də mövqeyini təqdim etməyə hazırıq...
*** 
Qeyd edək ki, dünən "Təzadlar"ın saytında AAK-ın şöbə müdiri Arif Ələkbərovun da barəsində bir məqam vurğulanmışdı... Yazıdan sonra A.Ələkbərov redaksiyamızla əlaqə saxladı və barəsində yazılanlara yazılı münasibət bildirdi... O, həmçinin yazdıqlarının sübutu kimi bəzi sənədləri də redaksiyanın elektron poçtuna göndərdi... Hazırda həmin faktlar tərəfimizdən araşdırılır və əlavə məlumat veriləcək...






Fikirlər