Polis İdarəsində saxlanılanlar İNTİHARA cəhd etdi - ETİRAZ
İmişli Rayon Polis Şöbəsində saxlanılan şəxslər intihara cəhd edib. Cinayət Məcəlləsinin 181-ci (quldurluq), 149-cu (zorlama) və 150-ci (seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddələri ilə təqsirləndirilərək tutularaq İmişli RPŞ-nin müvəqqəti yerində saxlanılanlar – Xalid İbrahimov və Asim Cəfərov kəsici alətlə özlərinə xəsarət yetiriblər. Həyata keçirilən tədbirlər nəticəsində intihara cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb və hər iki şəxsə ilkin tibbi yardım göstərilib. İlkin məlumata görə, onlar bunu zorlamada təqsirləndiklərinə etiraz olaraq ediblər. İmişli rayon Polis Şöbəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, hazırda hər iki şəxsin vəziyyəti yaxşıdır. (apa)