Pəncşirdə döyüşlər gedir: “Taliban” ağır itkilər verib

Pəncşirdə döyüşlər gedir: “Taliban” ağır itkilər verib

Əfqanıstanın Pəncşir vilayəti ətrafında ağır döyüşlər davam edir.
 
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, döyüşlər nəticəsində 34 "Taliban" yaraqlısı məhv edilib, 65 nəfər yaralanıb.
 
Ölkənin sabiq müdafiə naziri Bismillah Mohammadi məlumatı təsdiqləyib. 
 
Bildirilir ki, Pəncşir ətrafında "Taliban" və müqavimət qüvvələri arasında toqquşmalar gecə saat 2-dən davam edir. Hər iki tərəfin itkilər verdiyi qeyd olunub. 






Fikirlər