“Əyləncə ruhlu layihələrimi dayandırmışam” - AYGÜN KAZIMOVA

““Əyləncə ruhlu layihələrimi dayandırmışam” - Aygün Kazımova

Azərbaycanın xalq artisti Aygün Kazımova növbəti vətənpərvər ruhda olan layihəsini təqdim edib.

"Qafqazinfo" xəbər verir ki, müğənni "Əsgər marşı" ifa edib.

Aygün Kazımova marşın sözlərinin Cəlal Qurbanova, musiqisi və aranjimanının isə Yaşar Baxışa aid olduğunu bildirib:

"Vətənpərvər ruhda olan mahnılarımın əksəriyyətinin müəllifi dostum Cəlal Qurbanovdur. Yaşar Baxış ilə məni uzun illərin yaradıcı yolları bağlayır. Marşı vətənpərvər mahnıların peşəkar ifaçısı Şəmistan Əlizamanlıya da təqdim etmişik. O da ifa edib. Onun ifasında da "Əsgər marşı" çox uğurlu alınıb".

Aygün Kazımova bu ruhda olan layihəsinin ardının gələcəyini açıqlayıb:

"Bütün əyləncə ruhlu layihələrimi dayandırmışam. Fikrim əsgərlərimizin yanındadır. Ona görə vətənpərvər ruhlu layihələrə başlamışıq".

Qeyd edək ki, Aygün Kazımova yaxın günlərdə "Əsgər marşı"nın klip çəkilişlərinə start verəcək.






Fikirlər