Məmurlar yeni ili “Mala Praqa” restoranında keçirib Tədbirdə Aygün Kazımova və Faiq Ağayev də iştirak edi

Azərbaycan siyasi elitasının önəmli bir qismi yeni ili “Xalqlar dostluğu” metrosu yaxınlığındakı “Mala Praqa” restoranında qeyd edib.
Bu barədə "Azertaym".az-ı özəl mənbə bilgiləndirib. Mənbənin sözlərinə görə, gecədə xeyli sayda müğənni də iştirak edib: “Mala Praqa” restoranında keçirilən yeni il gecəsində ölkənin siyasi rəhbərliyində təmsil olunan xeyli sayda şəxs, o cümlədən bir neçə general iştirak edib. Tədir iştirakçıları restorana öz ailə üzvləri ilə birlikdə gəliblər. Məmurların yeni il gecəsində bir neçə məşhur müğənni, o cümlədən, Aygün Kazımova, Faiq Ağayev, Teymur Əmrah və s. iştirak edib. 31 dekabr gecesində saat 10 radələrində başlayan tədbir 1 yanvar 2014-cü il tarixində səhər saatlarına qədər davam edib”.






Fikirlər