Canlı efirdə AGAOGLUNUN pullarını sayan aparıcı qovuldu - Video

“Canlı efirdə Ağaoğlunun pullarını sayan aparıcı qovuldu - Video

Ötən ay canlı yayımda Əli Ağaoğlunun cibindəki pulu saydıran aparıcı kanaldan qovulub. “Qafqazinfo” xəbər verir ki, bu haqda verilişin aparıcısı Ekin Olcayto jurnalistlərə açıqlamasında deyib.

Aparıcı bildirib ki, proqramın reytinqi yüksək idi: "Efir müddətində də hər şey yaxşı gedib".

Qovulmasına tək səbəb isə iş adamının cibindəki pulunu sayması olub:

“Həmin nüans kanal rəhbərliyinin xoşuna gəlməyib. Bu səbəbdən “CNN Türk”lə yollarımızı ayırdıq. Bu qərar mənim üçün də sürpriz oldu. Qovulmağıma səbəb olaraq Ağaoğluyla olan dioloq göstərildi. Mən işimə davam edəcəm. Yaxın zamanlarda başqa kanalda görüşərik”.

Qeyd edək ki, proqramın ilk buraxılışında Ağaoğlunun etirafları və üzərində 8 min 400 lirə pul gəzdirməsi uzun müddət media gündəmini zəbt etmişdi.

 






Fikirlər