27.05.2014. - 275 min avroluq maşın sifariş verdi (FOTO)

27.05.2014. - 275 min avroluq maşın sifariş verdi (FOTO)Evlənməyə hazırlaşan tanınmış türkiyəli müğənni Sərdar Ortac toy qabağı maşınını satıb. Müğənni 4 maşınını birdən satışa çıxarıb. Hazırda isə o kirayə maşınlarda gəzir.

Məlumata görə, Ortacın maşınlarını satması heç də onun imkansızlığı ilə əlaqədar deyil. Belə ki, model Çloe Loughnan ilə toya hazırlaşan müğənni özünə yeni avtomobil sifariş verib. Avtomobilin dəyəri nə az, nə çox düz 275 min avro, markası isə "Range Rover Autobiography Luxor"dur.

Bundan əlavə cipin qızılı rəngdə olması üçün o 8 min avro əlavə xərc cəkməli olub.
Özəl boya sayəsində maşın günəş şüaları altında 5 fərqli rəngdə görünəcək.

Qeyd edək ki, Serdar Ortaç "RangeRover Vogue" 450 min (169 250 manat), "Mercedes SL"i 180 (67698 manat), "Mercedes CLS"ni 280 (105308), VIP avtobusunu isə 100 min lirəyə (37610 manata) satmışdı
.






Fikirlər