Tolik Şəbnəm Tovuzlunu ifşa etdi: "Sən hələ ÇOX BALACASAN"

"Mənim konsertim Aygün Kazımovanın konsertindən yaxşı keçəcək” deyən müğənni Şəbnəm Tovuzluya cavab gəlib.

 AZXEBER.COM-un məlumatına görə, Şəbnəmin bu sözü produser Tarix Əliyevi (Tolik) bərk qəzəbləndirib.
 Tolik sosial şəbəkədə Şəbnəmin ünvanına ismarıc göndərib. "Şəbnəm deyib ki, mənim keçirəcəyim konsert Aygün Kazımovanın konsertindən yüksək olacaq. Düzdü Şəbnəmin özünə zəng etsəm də açmadı, sonra gördüm ki, "Space”də ən baxımlı verilişdədir. Aygün Kazımovanın konsertin mən təşkil etmişəm. Həmin məkanda Aygün, Röya, Natavan, İrakli və s. çıxış edib. Bu qədər reklama pul qoymamışam. Çünki Nabran nə "Yaşıl teatrdı” və "Heydər Əliyev sarayı” oranın adı üstündədir. Bu müğənnilərin adları brend olduğu üçün ehtiyac olmayıb. Sən konsertini nə qədər səviyəli saysan da Aygün Kazımovanın sənətini qarşısında stajın az qalar, nə də onun elədiyi layihələrin qarşısında çox balacasan. Baxmayaraq ki, hər dəfə səni müdafiə etmişəm amma bu dəfə sözün biri də mənə gəlib çatdığı üçün cavabını verməli idim”
 Prodüser müğənninin yalan danışdığı iddia da edib. "Şəbnəm dostumdu amma haqqımı heç atama da yedizdirmərəm. Birinci deyir ki, konsertini Azərbaycanda keçirilən Eurovision yarışmasından çəkən komdadan 8 nəfərdir. Nəzərinə çatdırım ki, Şəbnəm o mötəbər yarışmanı çəkən komanda "Euromedia”ya aiddir və onlar yalnız "Eurovision” müsabiqəsin çəkir. "Atlant"a şortiklə və tərliklə gələn insanların olduğu konserti yox!”






Fikirlər