Aygün məşhur yarışmanın münsiflərini çaşbaş saldı - video

Aygün məşhur yarışmanın münsiflərini çaşbaş saldı - videoMəşhur “Voice” müsabiqəsinin Rusiyada yayımlanan versiyası “Qolos” səs yarışmasına qatılan həmyerlimiz Aygün Əsgərova səsi ilə müsabiqənin münsiflərini heyrətə salıb.

“Ağ qar” mahnısını oxuyan Aygünün ifa tərzini tanınmış müğənni Lolita ilə səhv salan münsif heyəti çaşbaş qalıb. Onlar əvvəlcə səhnədə Lolitanın oxuduğunu zənn edərək, növbəti sürprizin hazırlandığını düşünüblər. Geri dönməyə cəsarət etməyən digər 3 münsifdən fərqli olaraq, müğənni Dima Bilan bu addımı atıb. Lakin o, iştirakçının üzünü görə bilməyib. Çünki Aygün səhnəyə fərqli formada – gizli örtük arxasında çıxıb.

Xatırladaq ki, növbəti mərhələyə keçən, 3 uşaq anası A.Əsgərovanın həyat yoldaşı Fərid Əsgərov da ötən il həmin yarışmaya qatılaraq yarımfinala kimi yüksəlmişdi.

Qeyd edək ki, “Qolos” səs yarışmasının münsif kürsüsündə Leonid Aqutin, Aleksandr Qradskiy, Pelaqeya və Dima Bilan kimi məşhurlar əyləşib.







Fikirlər