Sevgilisindən Cennifer Lopez haqqında İLGİNC AÇIQLAMA: “Onunla sevgili olduğumu... - FOTOLAR

Cennifer Lopezin beysbolçu sevgilisi Aleks Rodrigez qızlarının bu münasibəti necə qarşılaması haqqında danışıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 42 yaşlı Aleks Rodrigez açıqlamasında ilk nikahından olan qızları Nataşa və Ellanın pop ulduzunu kumir kimi qəbul etdiklərini və onu sevdiklərini etiraf edib:

"Qızlarım Cenniferlə münasibətimizi öyrənəndə sanki cənnətə gedirlərmiş kimi sevindilər. İndi onunla səhnə arxasında əylənir, birlikdə mahnı oxuyur və rəqs edirlər. Mənim qəhrəman olduğumu hesab edirlər”.

Qeyd edək ki, 48 yaşlı Ceylonun Mark Entoni ilə nikahından bir qızı və bir oğlu var.






Fikirlər