“Günel Rza Zərrabdan canını ucuz qurtarıb” – Türkiyəli AKTRİSA

Türkiyəli aktrisa Berna Laçın Rza Zərrab barədə paylaşım edib.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa sosial şəbəkədə yazıb ki, Azəri qızı Günel Zərrabdan canını qurtarıb: “Yadıma gəlir, 10 il əvvəl müğənni Günel ilə Zərrab sevgili idi. Günel həm tərk edilmiş, üstəgəl 6 ay həbs cəzası almışdı. “Hər şeydə xeyir var” dedikləri budur. Günel canını ucuz qurtarıb”.

Qeyd edək ki, Azəri qızı Günel və Rza Zərrab arasında təxminən 8 il davam edən bir eşq əlaqəsi olmuşdu. Zərrab evlilik yolunda irəlilədiyi Günellə olan əlaqəsini sürpriz bir şəkildə sonlandıraraq Ebru Gündeşlə eşq yaşamağa başlamışdı. Günel bu ayrılıq hələ təzəykən qatıldığı proqramlarda Zərrabın onu sevdiyini söyləsə də, Gündeşin bir il sonra hamilə olduğu ortaya çıxmışdı. Cütlüyün Alara adında qızı var. Hazırda müğənninin ərindən boşanmağa hazırlaşdığı yayılan məlumatlar arasındadır.

 






Fikirlər