“DAMLA OXUDU, gördüm ki, qətiyyən onluq deyil” – ZEYNƏB DOSTƏLİYEVA – VİDEO

“Damla oxudu, gördüm ki, qətiyyən onluq deyil”– Zeynəb Dostəliyeva – VİDEO

ARB TV-nin “Səhər-Səhər” verlişində növbətinin qonağı xalq artisti Nazpəri Dostalıyevanın bacısı müğənni Zeynəb Dostəliyevavə əməkdar artist Kübra Əliyeva olub.

Publik.az xəbər verir ki, müğənni Damlanın ifasında xalq mahnılarını bəyənmədiyini dilə gətirib:

“Damlanı efirlərdə tez-tez görürük. Onun konsertinə də baxdım. Türk boğazı ilə oxuduğu mahnılar ona gözəl yaraşır. Amma bir-iki xalq mahnısı oxudu, gördüm ki, yox, qətiyyən onluq deyil. Onun etikası mənim çox xoşuma gəlir”.

Əməkdar artist isə ümumiyyətə Damlanı tanımadığını deyib:

“Mən Vallah Damlanı tanımıram. Adını duymuşam. Özünü görməmişəm hələ”.






Fikirlər