"XATİRƏ SƏHİFƏMİ bağlatdırıb" - VASİF

"Xatirə İnstaqram səhifəmi bağlatdırıb" - Vasif

Əməkdar artist Vasif Məhərrəmli "Səhər-səhər" verilişinin qonağı olub. 

"AzerTaym.az" bildirir ki,Axşam.az-ın məlumatına görə, müğənni İnstaqram səhifəsindən danışıb. Vasif bildirib ki, onun səhifəsini illər əvvəl Xatirə İslam bağlatdırıb:

"Dörd il əvvəl İnstaqram açmışam. Bir-iki şəkil paylaşdım. Yanıma Xatirə gəldi. Gördü ki, qıpqırmızı olmuşam. Deyirəm, Xatirə nə edim? Mənə bir-iki söz yazıblar, həmin adamları necə tapım? Qayıtdı ki, mən yolunu bilirəm, orada nə var ki... Dedim nədir? Deyir, İnstaqramı bağla, vəssalam. Səndən onu işlədən olmaz. Mən də bağladım"

 






Fikirlər