“HAMI BİLİR Kİ, kim necə kişidir” - Rəhman Məmmədlidən Rəmişin ünvanına SƏRT SÖZLƏR - VİDEO - FOTO

ARB TV-nin "Səhər-Səhər" verilişinin növbəti qonaqları tanınmış gitara ustası Rəhman Məmmədli və oğlu bəstəkar Tural Məmmədli olub.

Milli.Az bildirir ki, Rəhman Məmmədli son zamanlar gitaraçı Rəmişlə aralarında yaşanan qalmaqaldan danışıb:

"Verilişdə sual veriləndə mən haqda, qayıdıb "kişidən danış deyilsə, kimə xoş gələr?" Bütün gitara çalanlardan söhbət gedir. Mənim adım gələndə deyir ki, mənə kişidən danış. Elin, xalqın gözü bilir ki, kim necə kişidir. Mənim bu boyda oğul yetişdirməyim kişiliyimin bariz sübutudur. Sən məni nə yerinə sayırsansa, mən də səni o yerə sayıram. Mənim oğlumdan danışmağıma dəyər, bəs Rəmiş kimdən danışacaq? İstəyirəm bəyan edəm ki, gəl bununla soyuq müharibəmizə son qoyaq. Atmacalarına mən də cavab verəcəm. Bir-birimizə atmacalar atmayaq. Mən səndən ötrü 9 milyonun biri deyiləm. Mən bu məmləkətin 2-3 nəfərindən biriyəm. Sənin böyüklüyünü məndən çox səsləndirən yoxdur. Heç nə, demişəm ki, bu sənət mənə Allah vergisidir. Məktəbim, müəllimim olmayıb. İbtidai məktəbə də getməmişəm. Qonşudan taxta gitara tapmışam, onunla gitara çalan olmuşam. Rəmiş, sən böyük bir fenomenlik yaratmısan, amma o fenomenliyi qoruya bilmirsən".

Videonu izləmək üçün şəklə klikləyin:






Fikirlər