NADİR QAFARZADƏNİN 100 min manatını OĞURLADILAR

Müğənni Nadir Qafarzadənin evindən pul oğurlayıblar. 

Bu barədə sənətçi “5-də 5” proqramına qonaq olarkən danışıb. 

O, bir müddət bundan əvvəl mənzilindən 100 min manata yaxın pul oğurladığını qeyd edib:

“Xeyli sayda pulumu oğurladılar. Evə kamera qoymamışam. Mən öncə bir xanımdan şübhələnmişdim. Sonra  bildim ki, o deyil. Zəng vurub üzr istədim,Gözümlə görməmişəm, o dünyaya günah aparmaq istəmirəm. 

100 min manata yaxın pulumu oğurladılar. Həyat yoldaşım mənə çox dəstək oldu, gecə yata bilmirdim, yuxu dərmanı qəbul edirdim. Əziyyətlə qazanılmış pullar idi. Hadisə təxminən 1 il yarım bundan əvvəl baş vermişdi”






Fikirlər