“Anam-atam vətən həsrətindən dünyasını dəyişdi” - Zəngilanlı ƏMƏKDAR ARTİST

Cənab prezident, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyev rəşadətli ordumuz tərəfindən Zəngilanın işğaldan azad edilməsi xəbərini açıqladı. Bu xəbərə sevinənlər sırasında Zəngilandan olan əməkdar artist Almaz Orucova da var. 
Xanəndə sevinc hisslərini Moderator.az-la bölüşüb:
“Cənab ali baş komandan az öncə Zəngilanın işğaldan azad edilməsi xəbərini bizə müjdə verdi. İnanın, sevindiyimdən elə ağladım ki. Bu sevinci yaşayan tək mən deyiləm, bütün Azərbaycan, ələlxüsus Zəngilanlılar sevinir. Mən Zəngilanın özündənəm. 1986-cı ildə Zəngilandan çıxmışam. Atam-anam vətən həsrətindən dünyasını dəyişdi. Vətən həsrəti elə belə şey deyil” - deyə əməkdar artist bildirib.






Fikirlər