Daha bir Hollivud ulduzu Ukraynada - FOTOLAR

Daha bir Hollivud ulduzu Ukraynada - Fotolar

Hollivud ulduzu Cessika Çesteyn Ukraynanın paytaxtı Kiyev şəhərində olub.

 

AzerTaym.az axşam.az-a istinadən xəbər verir ki, aktrisa şəhərdə qatar stansiyasında görüntülənib. O, səfəri zamanı ölkə Prezidenti Volodimir Zelenski ilə də görüşüb.

“Amerikalı aktrisa Cessika Çesteyn bu gün Ukraynadadır. Bizim üçün məşhur insanların belə səfərləri çox dəyərlidir. Bu, dünyanın ölkəmizdə baş verən hadisələr haqqında həqiqəti daha çox eşitməsinə, bilməsinə və anlamasına imkan verəcəkdir. Dəstək üçün təşəkkür edirəm!” - deyə, Zelenski görüşdən olan fotoları feysbuk hesabında paylaşıb.

Cessika səfəri zamanı həm  hərbi, həm də uşaq xəstəxanalarını ziyarət edərək oradakı vəziyyətlə və yaralıların sağlamlığı ilə maraqlanıb.

Qeyd edək ki, bundan əvvəl aktrisa Ancelina Coli, aktyorlar Şon Penn və Ben Stiller də Ukraynaya səfər edib.

 






Fikirlər