"Deyirdi ki, məni sevmirsən, qısqanmırsan" - Habil Əliyevin XANIMI...

"Deyirdi ki, məni sevmirsən, qısqanmırsan" - Habil Əliyevin xanımı

 

Mərhum Xalq artisti Habil Əliyevin 87 yaşlı həyat yoldaşı Şərqiyyə xanım "Baku TV"yə müsahibə verib. 

Ad - 00:17

Axşam.az xəbər verir ki, o, kamança ifaçısının qısqanclığından danışıb:

"Onun kimi ikinci bir həyat yoldaşı ola bilməz. Qadın cinsinə çox hörmət edən biri idi. Üç qız övladı var. Qısqanc adam idi. Özüm dövlət universitetini bitirdim, cəmi 4 ay işlədim. Birinci kursu bitirəndən sonra evləndik. Hər gün gəlib məni dərsdən götürürdü, amma narahat olmurdum. Mən isə qısqanmırdım. Deyirdi, məni sevmirsən, qısqanmırsan. Qızlarını həkimlik oxutdu. Özü də uşaq həkimi oldular ki, kişi ilə kontaktda olmasınlar. Rəvanın da həkim olmasını istəyirdi, amma razılaşmadı. Dedi ki, ata, qan görə bilmərəm.

Biz yeni evlənəndə çox kasıb idi. Qohumlar kömək etdi, 5 minə ev aldıq. Əmim ağıllı insan idi, atam yoxuydu. Düşünürəm ki, əmim necə məni ona verdi?

Səhhətində problem var idi, deyirdim, hara gedirsən? Deyirdi, sizləri, həyatı qoyub hara gedim, girim torpağın altına?".






Fikirlər