Aşıq Samirə ona "çuşka" deyən Hüseynə CAVAB verdi...

asiq-samire-ona-cuska-deyen-huseyne-cavab-verdi

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu ilə aşıq Samirə Əliyeva arasında qalmaqal davam edir.

Teleqraf.com xəbər verir ki, Hüseyn Məmmədoğlu İnstaqramda hekayə bölümündə "Gün keçdi" filmindən xalq artisti Elmira Rəhimovanın ifa etdiyi “Sən bir nəğmə, mən bir nəğmə” mahnısını paylaşaraq: “Sən belə ifaları bəyənməzsən, çuşka... Bəh-bəh..." -, deyə qeyd edərək ad çəkmədən Aşıq Samirəyə söz atıb.

Aşıq Samirə isə saytımıza açıqlamasında Hüseyn Məmmədoğlunun onunla qalmaqalını davam etdirməsinə "Normal haldır",-deyə cavab verib.

Qeyd edək ki, Samirə Əliyeva bir müəddət İTV-də yayımlanan “Səs Azərbaycan: doğma nəğmələr” yarışmasımdan klarnet ifaçısının həyat yoldaşı Aysel İbrahimovanı uzaqlaşdırmışdı. Hüseyn Məhəmmədoğlu isə "Aşıq, saz çalan estradadan danışırsa, kül Azərbaycan estradasının başına" paylaşımını edərək Samirəyə etirazını bildirmişdi.






Fikirlər