“...Ölkənin yarısı ya trans, ya da homoseksual olardı“ - Samirəyə sərt cavab

“...Ölkənin yarısı ya trans, ya da homoseksual olardı“ - Samirəyə sərt cavab

Samirə Yusifqızının kişilərlə bağlı veridyi açıqlama sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Müğənni kişilərin ünvanına deyinib, deyib ki, hazırda kişilər toy məclisdlərində “Ceyranım”, xanımlar isə “Cütçü”nü oynayırlar. Bundan başqa, o, kişilərin əvvəlki kimi olmadığını dilə gətirib.

Yenisabah.az-a açıqlamasında tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov müğənninin fikirlərini qəbul etməyib:

“İstər Samirə olsun, istər Lenin, istərsə də Stalin, axı o kimdir ki, sözlərini bu qanun hesab edirlər?! O həkimdirmi?! O çox şey deyə bilər. Sözlərini nəzərə almaq lazım deyil. Samirə qoy meyxanadan danışsın, başqa şeydən yox”.

Seksoloq Təhmasib Cavadzadə isə hesab edir ki, "kişilərdə cinsi potensial qalmayıb, kişilərdə qadın hormonları çoxalır" və s. fikirlər boş söhbətlərdir:

“Son zamanlar evliliklərin çoxalmasını müşahidə edirəm və tez-tez evlilik və boşanmaların sayını maraqlanıram. Məsələn, keçən illərdə bu say 5 min idisə, bu il boşanmaların sayı 2 dəfə çoxalıb. Bunun əsas səbəblərindən biri o deyil ki, hormonlar pozulub və s. Bu, sadəcə kiminsə şəxsi fikridir. Əgər belə olsaydı, onda gərək ölkənin yarısı ya trans olardı, ya da homoseksual".

T.Cavadzadə idda edib ki, bu sözləri deyənlərin elmi cəhətdən sübutları yoxdur:

“Bəzən homoseksualın biri müalicə almaq üçün androloq yanına gedir. Androloq onun hormonlarını yoxlayır və görür ki, normaldır. Həkim xəstəyə deyir ki, gəl, bir az da hormonlarını artıraq ki, düzələsən.

Hormonlarını artırandan sonra isə xəstənin seksual potensialı artır. Lakin androloq bilmir ki, onun seksual potensialı artarsa, onun seksual marağına yönələcək və bu maraq daha da artacaq. Yəni homoseksualın marağı həmcinsinədirsə, müalicədən sonra da bu qalacaq”. 

T.Cavadzadənin fikrincə, bu, psixoloji problemdir, seks mövzusu deyil:

“Gənc ailələr mənə müraciət edirlər. Müşahidələrim göstərir ki, evliliyə xam, bişməmiş və təcrübəsiz başlayırlar. Nə oğlan, nə də qız evliliyə hazırdır. Elə ilk problemdə boşanmağa qaçırlar.

Biz ABŞ və Avropaya baxırıq və deyirik ki, orada əxlaqsızlıqdır, çünki cütlüklər evlənmədən birgə yaşayır. Onlar evlənmədən bir yerdə yaşayır və görürlər ki, sözləri düz gəlmir, yəni alınmadı və ayrılırlar. Azərbaycanda isə sevgili söhbətini evliliyə çevirirlər. Bir yerdə yaşamaq və sevgili olmaq istəyir, bir neçə aydan sonra ayrılırlar.

Düşünmürlər ki, mən niyə evlənirəm. Yəni sadəcə evlənmək xatirinə evlənirlər. Odur ki, ilk bəhanədə boşanırlar.

Hər ikisinin cinsi problemi olmaya bilər. Amma cinsi cəhətdən ikisi də normal olan o qədər cütlük ayrılır ki. Sadəcə ailədə münaqişə yarananda tərəflər bir-birinə yaxın durmaq istəmir. Bunun hormonlar mövzusuna aidiyyəti yoxdur”. 






Fikirlər